“Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği”backend

“Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi, “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

– Layihənin adı:“Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği”

– Layihənin icra müddəti: 5 aydır.

– Layihə Masallı və Astara rayonlarında həyata keçiriləcəkdir.

  • – Layihənin məqsədi : regionlarda qadın və qızların inkişafına , onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə , bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihə çərçivəsində görüləcək işlər : Masallı və Astara rayonun hər birində iki dəfə iki günlük seminar treninqlər və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlərin keçirilməsi tədbirləri təşkil olunacaq. Ümumilikdə 12 tədbir həyata keçiriləcəkdir. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup*20 nəfər) iştirak edəcəkdir.

Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur.

  • region qadınlarının maarifləndirmə və məlumatlandırması – qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),
  • seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılmasılə qərarqəbuletmədə rollarının artırılması) – gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.

15 AVQUST 2024 cü il tarixində Masallı rayonunda keçirilən tədbirdə bələdiyyə seçkilərində iştirak etmək istəyən 21 nəfər xanım iştirak edirdi.

Tanışlıq, donor haqda məlumat və layihə haqda məlumat verildi.

Layihənin məqsəd haqda izahat verildikdən sonra,

1-ci mərhələnin qısa xülasəsi. İştirakçılar tərəfindən çıxışlar oldu.

Aşaöıdakı mövzular haqda məlumatlar verildi, müzakirələr aparıldı.

Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi. Bələdiyyə üzvlüyünə namizədlərə aid tələblər. Seçici imzalarının toplanması

Qaydalar

Namizədin qeydə alınması üçün lazım olan seçki sənədləri. Azərbaycan Respublikasının Seçki Məcəlləsi

Sonda kiçik qruplarda iş və təqdimat keçirildi .

Qeyd: iştirakçılar üçün çay və nahar fasiləsi təşkil edildi

Yekun.