ASELSAN Azərbaycanın avtomobil yollarını smart ölçmə sistemləri ilə təchiz edir – FOTObackend

ASELSAN Azərbaycanın avtomobil yollarını smart ölçmə sistemləri ilə təchiz edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqilliyinin ilk illərindən Azərbaycanda fəaliyyət göstərən ASELSAN burada həm müdafiə sənayesi, həm də mülki sahələr üçün layihələr həyata keçirir.

İnterpress.az xəbər verir ki, ASELSAN-ın bu yaxınlarda Azərbaycanda quraşdırdığı yüksək sürətli çəki ölçmə sistemləri texnologiyası daşımalarda qənaət təmin etməklə səmərəli və ekoloji cəhətdən təmiz bir tətbiq kimi diqqət çəkir.

Magistral yollarda quraşdırılan yüksək sürətli çəki ölçmə sistemləri ilə avtomobillərin dayanmasına, sürəti azaltmasına ehtiyac olmadan stansiyalardan keçərkən sürət, nömrə, çəki, en, uzunluq, hündürlük, nəqliyyat vasitəsinin növü və oxların sayı haqqında məlumatlar qeydə alınır.

Bu sistem sayəsində avtomobillər magistral yolda dayanmadan normal  sürəti ilə hərəkət edərkən elektron tərəzi ilə ölçülür. Əvvəllər ağır nəqliyyat vasitələrinin dayanıb, dəqiqələrlə növbə gözlədiyi və sonra tərəziyə çıxdığı proses indi sürəti azaltmadan həyata keçirilir. Belə ki, sürücülər bu prosesi hiss etmirlər.

ASELSAN-ın Yüksək Sürətli Çəki Ölçmə Sistemləri Azərbaycanda 6 stansiyada quraşdırılıb, ilin sonuna qədər bu rəqəm 17 olacaq. Yaxın vaxtlarda Azərbaycanda ümumilikdə 51 stansiyanın yaradılması planlaşdırılır.

aselsan2

ASELSAN-ın Bakı baş direktoru Özgür Kürüm Anadolu Agentliyinə bildirib ki, şirkətin son bir ildə tətbiq etdiyi texnologiyalar sayəsində Azərbaycan avtomobil yolllarında yubanmalar olmayacaq.

Noyabrın 11-22-də Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP 29) ev sahibliyi edəcəyini xatırladan Kürüm yüksək sürətli Çəki Ölçmə Sistemlərinin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətləri nəzərdən keçirərkən mühüm rol oynayacağını bildirib.