İlon Mask ABŞ üçün təhlükəlidir.
İnterpress.az xəbər verir ki, bunu İlon Maskın bioqrafı Set Abramson deyib. O hesab edir ki, iş adamı çılğınlaşır və ABŞ üçün təhlükəli olur.
Onun sözlərinə görə, Maskın keçirdiyi stress, eləcə də ruhi xəstəlik və intensiv narkotik istifadəsi səbəbindən iş adamının hərəkətləri bütün dünyada ağır nəticələrə səbəb ola biləcəyi üçün gedən administrasiya “2 həftə ərzində təcili tədbirlər görməlidir”.
Bioqrafın “ağlabatan xəbərdarlığı” Maskın Britaniya siyasəti ilə bağlı intensiv mesajlar silsiləsi dərc etməyə başlamasından sonra gəlib.
Abramson Mask ilə bütün müqavilələrə xitam verməyə, onun dövlətin səmərəliliyinə nail olmaq üçün departamentlə təşəbbüsünü əngəlləməyə və milli təhlükəsizliyə təhdidlə bağlı araşdırma açmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az