Miqrantlara rus dili “öyrədən” rektor HƏBS EDİLDİ – FOTO/VİDEObackend

Miqrantlara rus dili “öyrədən” rektor HƏBS EDİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus dilini bilməyən miqrantlara “kömək” edən universitet rektoru həbs edilib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, rus dilini öyrənməyən və bilməyən miqrantlar Nijni Novqorod Universitetinin rektoru tərəfindən büdcəyə daxil edilib.

İqor Vorotnikovun birbaşa kabinetindən aparıldığı bildirilib. Universitet hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Regional İstintaq Komitəsinin məlumatına görə, 2023-cü ildən 2025-ci ilə qədər Vorotnikov əcnəbiləri təhsilə cəlb edib, dərslərə gəlməsələr də, kursdan kursa keçirib.

Dindirmə zamanı “tələbələr” Rusiyanın paytaxtının harada olduğunu belə bilməyiblər və rus dilində bir neçə kəlmə çətinliklə deyə biliblər.

“Sxem” büdcədən pul almağa və universitetin reytinqini süni şəkildə artırmağa imkan verib. Üstəlik, Vorotnikov özünə bonuslardan imtina etməyib.

“Sahibkar menecerin” hərəkətlərindən dəyən ziyan təxminən 1 milyon rubl (təxm. 16 600 man) qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az