Ekskursiya üçün valideynlərdən 16 500 manat pul yığan müəllim ARADAN ÇIXDIbackend

Ekskursiya üçün valideynlərdən 16 500 manat pul yığan müəllim ARADAN ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllim ekskursiya üçün valideynlərdən 16 500 manat pul yığıb və aradan çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskvada müəllim ekskursiya üçün valideynlərdən 1 milyon rubl (təxm. 16 500 man) pul yığıb və yoxa çıxıb.

Sinif rəhbəri bu vəsaitin uşaqların başqa şəhərə səyahətinin təşkili üçün lazım olduğunu bildirib.

O, 990 min rublu (təxm. 16 400 man) mənimsəməyib, sonra işdən çıxıb, Moskva vilayətinə köçüb və əlaqəni kəsib.

Şagirdlərdən birinin anası polisə şikayət edib. “Təşəbbüskar müəllim” saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az