İsrail həbsxanalarından azad edilən məhbusların 82%-i yenidən terror fəaliyyətinə qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 7” televiziyası yüksək rütbəli hərbçiyə istinadən məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin noyabrında ilk girov müqaviləsi ilə azad edilənlərin əksəriyyəti terror fəaliyyətinə qayıdıb.
Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İordan çayının qərb sahilindəki hazırkı əməliyyatda birinci razılaşmada azad edilən məhbuslardan ən azı ikisi öldürülüb, onlarla məhbus həbs edilib.
Mənbə qeyd edib ki, “Noyabr razılaşmasına əsasən İsrail həbsxanalarından azad edilən məhbusların təqribən 82%-i terror fəaliyyətinə qayıdıb”.
Xuraman Etibarlı
İnterpress.az