Suriyanın Rusiyadakı səfiri əl-Cəfəri ölkənin mərkəzi administrasiyasında vəzifəyə təyin olunması ilə əlaqədar diplomatik missiyasını başa vurur.
İnterpress.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Həmçinin qeyd olunub ki, BƏƏ səfiri yeni administrasiyada vəzifəyə keçəcək.
Yeni diplomatik nümayəndələr rəsmi təyin olunana qədər onların yerinə müvəqqəti işlər vəkili təyin edilib.
Suriyanın Rusiyadakı səfirliyi bu məlumatı təsdiqləyib. Daha sonra diplomatik departament onların sosial şəbəkələrinin sındırıldığını və səfirin dəyişdirilməsi ilə bağlı hələlik rəsmi təsdiqin olmadığını açıqlayıb.
Bəşər Cəfəri 2022-ci ilin oktyabr ayından Suriyanın Rusiya Federasiyasındakı səfirliyinə rəhbərlik edir. Bundan əvvəl o, Suriya Xarici İşlər Nazirliyi rəhbərinin müavini vəzifəsində çalışıb.
Xuraman Etibarlı
İnterpress.az