Zavod işçisi maaşını prezidentə açıqlamaqdan imtina edib.
İnterpress.az xəbər verir ki, Leninqrad vilayətində yerləşən dekorativ laminatlı kağız plastikləri istehsal edən zavodda Rusiya Federasiyası hökuməti ilə görüş zamanı maraqlı hadisə yaşanıb.
Zavod işçisi Rusiya prezidenti Vladimir Putinə maaşının məbləğini açıqlamayıb.
Prezidentin sualı zavod işçisini çaşdırıb və o, maaşının miqdarını Putinə açıqlamaqdan imtina edib.
Putin “bu, kommersiya sirridirmi?” deyə təkrar sual versə də, qadın israrla məbləği açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az