Türkiyədə FƏLAKƏT: Məhsulun 80%-ə qədəri şaxta nəticəsində MƏHV OLUB – FOTO/VİDEObackend

Türkiyədə FƏLAKƏT: Məhsulun 80%-ə qədəri şaxta nəticəsində MƏHV OLUB – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məhsulun 80%-ə qədəri şaxta nəticəsində məhv olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Aprelin anomal -15°C şaxtaları son 30 ilin ən güclü şaxtası olub və Türkiyənin kənd təsərrüfatına ciddi ziyan vurub.

“Anadolu”nun məlumatına görə, 81 əyalətdən 36-da üzümün 80%-ə qədəri, ərik, alma və gilasın isə 50%-ə qədəri tələf olub.

Məhsulu bərpa etmək mümkün deyil; yüzlərlə fermer müflis olmaq ərəfəsindədir.

Ölkədə meyvə-tərəvəzdə qıtlıq və qiymət artımı gözlənilir. Bunun xarici bazarlara, o cümlədən Türkiyə məhsullarının müntəzəm tədarük edildiyi Rusiya və Belarusa da təsir edə bilər.

Xuraman Etibarlı

İnterpress.az