Bakıda dəhşətli yanğınbackend

Bakıda dəhşətli yanğın – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda yerləşən obyektin ərazisində baş verən yanğın zamanı həyətdə park olunmuş bir neçə avtomobildə yanıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.

Anbarın qalan hissəsi və market yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.