Ermənistan KTMT-dən çıxmayıb, üzvlüyü dayandırılıb.
İnterpress.az xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib. O bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb.
“Ermənistan KTMT-dən çıxmayıb. Sadəcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırıb. O gedib və ya gedir – sual düzgün formalaşdırılmayıb”, – təşkilatın baş katibi qeyd edib.
Yanvarın 15-də respublikanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır.
O vurğulayıb ki, Ermənistan de-fakto KTMT-də heç bir iştirak etmir, lakin respublika Rusiya Federasiyası ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatı tərk etməyib.
Ermənistan Xarici Kəşfiyyat Xidməti öz hesabatında İrəvanın 2025-ci ildə KTMT-yə üzvlüyünü ləğv etməsini çətin hesab edib.
Sonra əlavə edib ki, bu təhlükəsizlik strukturunun nüfuzunu şübhə altına almaqda davam edəcək.
Bundan əvvəl Ermənistan KTMT büdcəsinə üzvlük haqqı verməkdən imtina edib.
Xuraman Etibarlı
İnterpress.az