Yaşlı qadın və qızı mülklərindəki otları yandırmaq istəyib. Onlar onu söndürməyə gələn yanğınsöndürənlərlə əlbəyaxa olublar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Krasnoyarsk diyarında 74 yaşlı qadın və qızı yanğın təhlükəsizliyi tələblərinə məhəl qoymadan otları yandırıblar.
Yanğınsöndürənlər yanğını söndürmək üçün iki dəfə gəlib. İkinci dəfə isə polislə gəliblər.
Yanğınsöndürənlər otları söndürməyə başlayanda qızı yanğınsöndürənə hücum edərək onun qolunu dartmağa çalışıb.
Nəticədə qadınlar saxlanılaraq 10 min rubl məbləğində cərimə edilib. Polisə müqavimət göstərdiklərinə görə də onları cəza gözləyir.
Xuraman Etibarlı
İnterpress.az