Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,71 % artaraq 74,70 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,30 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,54 ABŞ dolları və ya 0,74 % artaraq 73,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.