Rusiyada xəyanət və uşaqları atmağa görə cərimə təklif olunub.
İnterpress.az xəbər verir ki, Rusiyada ictimai təşkilatlar ailə münasibətlərinə dair yeni cərimə tədbirlərini müzakirəyə çıxarıb.
Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin rusları xəyanət etdiklərinə görə cərimələməyi təklif edib.
Təklifə əsasən, ailə xəyanətinə görə 15–20 min rubl (təxm. 320-425 man.), valideyn himayəsindən məhrum edilmiş hər bir uşaq üçün isə 50 min rubl (təxm. 1060 man.) məbləğində cərimə tətbiq olunması nəzərdə tutulur.
Layihə müəllifləri hesab edir ki, bu addımlar “ailə dəyərlərini möhkəmləndirəcək” və valideynlərin uşaqları baxımsız qoyub getməsi hallarını azaldacaq.
Xuraman Etibarlı
İnterpress.az