Fransa Qüdsdəki konsulluğunu bağlayacağı təqdirdə İsraili cavablandıracağı ilə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”yə Fransa Xarici İşlər Nazirliyindən bildiriblər.
“Biz İsraildən Qüdsdəki konsulluğumuzun bağlanması ilə bağlı heç bir bildiriş almamışıq.
Belə bir qərar münasibətlərimizə xələl gətirəcək və cavab addımlarına səbəb olacaq”, – nazirlik qeyd edib.
Bu bəyanat İsrailin xarici işlər naziri Saarın Parisin Fələstin dövlətini tanıması halında Fransa konsulluğunun bağlanmasını tövsiyə etməsi ilə bağlı daha əvvəl yayılan məlumatlardan sonra verilib.
Xuraman Etibarlı
İnterpress.az