ABŞ və Avropa Kiyevə Putin-Zelenski görüşü üçün təhlükəsizlik zəmanəti verəcək – “Bloomberg”backend

ABŞ və Avropa Kiyevə Putin-Zelenski görüşü üçün təhlükəsizlik zəmanəti verəcək – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Avropa dərhal Kiyevə Putin-Zelenski görüşünə yol açmaq üçün etibarlı təhlükəsizlik zəmanəti verməyə çalışır.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, zəmanətlər Ukraynanın silahlı qüvvələrinin və imkanlarının heç bir məhdudiyyət olmadan gücləndirilməsinə yönələcək.

Əsas məqsəd gələcək sülh sazişində Rusiyanın Kiyev silahlı qüvvələrinin sayına məhdudiyyət qoyulması tələbindən qaçmaqdır.

Təhlükəsizliyə zəmanət paketi qondarma “istəklilərin koalisiyası”nın işinə əsaslanacaq.

Gələcəkdə çoxmillətli qüvvələrin daxil olacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az