Brend krossovkaların satıcısı Nikita Yefremov SAXLANILDI – VİDEObackend

Brend krossovkaların satıcısı Nikita Yefremov SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada brend krossovkaların satıcısı Nikita Yefremov saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Moskvada brend krossovkaların satıcısı Nikita Yefremov saxlanılıb. Onu 8 ilə qədər həbs gözləyir.

İş adamı Korrupsiyaya Qarşı Mübarizə Fondunu (FBK) maliyyələşdirməkdə ittiham olunur.

O, Türkiyədən gələrkən Şeremetyevo hava limanında yaxalanıb.

2023-cü ilin payızında Yefremovun Moskva və Sankt-Peterburqdakı mağazalarında axtarışlar aparılıb.

O, saxta malları baha qiymətə satmaqda ittiham olunur. Lakin şəbəkənin təsisçisi bütün ittihamları rədd edib və biznesini davam etdirib.

Xuraman Etibarlı

İnterpress.az