17 yaşlı qız sevgilisini 14 min dollara köləliyə sataraq Tailanda tətilə gedib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
19 yaşlı gənc onunla Çində bilyard klubunda tanış olub. Myanmalı qız zəngin varis rolunu oynayıb və onu iş və “ailə bağları” vəd edərək vətəninə getməyə razı salıb. Razılaşıb gedəndə onu sərhəddə quldurlar qarşılayıb, qız isə gözdən itib.
Gənc 4 ay köləlik həyatı keçirib: o, kiber fırıldaqçılıqla məşğul olmağa məcbur edilib, döyülüb, saçları keçəl qırxılıb, 20 saat kompüter arxasında saxlanılıb.
Bu müddət ərzində o, 10 kq arıqlayıb və qismən kar olub. Oğurlayanlar ailənin topladığı 48 min dollar fidyə hesabına sonra sərbəst buraxılıb.
Qızın özü pulun bir hissəsini xərcləyərək Tailanda istirahətə gedib. O, Çinə qayıdarkən həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az