İki alpinist Kabardin-Balkarda dağlara qalxarkən HƏLAK OLDUbackend

İki alpinist Kabardin-Balkarda dağlara qalxarkən HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdən olan iki alpinist Kabardin-Balkarın Elbrus rayonunda dağlara qalxarkən həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Adyl-su dərəsinin yuxarı axarında, Via-tau zirvəsi (təxminən 3700 metr yüksəklik) Permdən olan iki alpinist yıxılaraq həyatla bir araya sığmayan xəsarətlər alıb.

Departamentdən əlavə ediblər ki, cəsədlərin təxliyəsi üçün aviasiya qüvvələrinin cəlb edilməsi məsələsi həll edilir.

Xuraman Etibarlı

İnterpress.az