Çinli buddistlərlə bağlı QALMAQALbackend

Çinli buddistlərlə bağlı QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli buddistlər qanunlara tabe olmalı, vətənpərvər olmalı və vergidən yayınmamalıdırlar.

İnterpress.az xəbər verir ki, bu barədə Şaolin monastırının keçmiş abbatı ilə bağlı qalmaqal fonunda Çin Buddist Assosiasiyasının bəyanatında deyilir.

Monastırın abbatı Şi Yonqsin cinayət törətməkdə, monastırdan pul və əmlakı mənimsəməkdə, Buddist qaydalarını ciddi şəkildə pozmaqda, uzun müddət ərzində bir neçə qadınla qeyri-münasib münasibət saxlamaqda və nikahdankənar uşaq dünyaya gətirməkdə şübhəli bilinir.

Açıqlamada qeyd olunub ki, o, bir neçə qurum tərəfindən araşdırılır.

Assosiasiya xatırladıb ki, cinayət törətmək pis karma yaradır, qanuna əməl etmək isə müsbət karma yaradır.

Buddist dini göstərişləri, xüsusən də Bodhisattva qaydaları açıq şəkildə şərtləndirir ki, təşəbbüskarlar vətənə xain olmamalı, dövlət başçılarına böhtan atmamalı, vergilərdən yayınmamalı və dövlət sistemini tapdalamamalıdırlar.

Xuraman Etibarlı

İnterpress.az