Ermənistan polisi Ararat rayonunda silah anbarı tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Masis qəbiristanlığının yaxınlığındakı əraziyə baxış zamanı 2 ədəd pulemyot, 1 ədəd patronu olan Kalaşnikov avtomatı, 1 ədəd boş magazin, 1 ədəd patron darağı, 26 ədəd patron, 1 ədəd RQD qumbarası və digər döyüş sursatları aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az