İstanbulda Qəzza üzrə Beynəlxalq Konfrans BAŞLAYIRbackend

İstanbulda Qəzza üzrə Beynəlxalq Konfrans BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Qəzza üzrə Beynəlxalq Konfrans başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Avqustun 22-si Cümə günü İstanbulda Dünya Müsəlman Alimləri Birliyi və Türkiyə İslam Alimləri Vəqfinin birgə təşkilatçılığı ilə “Qəzza – İslami və Humanitar Məsuliyyət” adlı beynəlxalq konfrans işə başlayacaq.

İslam Alimləri Fondunun idarə heyətinin üzvü, professor Mustafa Karataş mətbuat konfransında çıxış edərək bildirib ki, bu gün bəşəriyyət tarixin ən ağır faciələrindən birini yaşayır.

Onun sözlərinə görə, Qəzzada 2,5 milyondan çox insan total soyqırıma məruz qalıb.

“Bu bölgə ölümcül silahlarla dağıdılır, aclıq və susuzluqla mühasirəyə alınır, tibbi yardımsız və sadə yaşayış şəraitindən məhrum edilir”, – Karataş deyib.

Xuraman Etibarlı

İnterpress.az