Zelenski rus dilini Ukraynada rəsmi dil kimi tanımaqdan imtina edib.
İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı müvafiq sualı cavablandırarkən bildirib.
“Bizim bir dövlət dilimiz var – Ukrayna dili. Ruslar nə istəsə deyə bilər. Düşünürəm ki, danışıqlar prosesini çətinləşdirmək üçün belə ultimatumlar irəli sürürlər”, – Zelenski deyib.
Xuraman Etibarlı
İnterpress.az