Türkiyə limanları İsraillə gəmi əlaqələrini yoxlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Türkiyə limanları gəmilərdən İsraillə heç bir əlaqəsi olmadığını və “hərbi və ya təhlükəli yüklər” daşımadığını təsdiqləyən məktublar tələb etməyə başlayıb.
Qeyd olunur ki, bu qeyri-rəsmi sərəncam ölkənin bütün limanlarına şamil edilir.
Mənbənin sözlərinə görə, bu məktubda gəmi sahiblərinin, idarəçilərinin və operatorlarının İsraillə heç bir əlaqəsinin olmadığı və yəhudi dövlətinə gedən gəmilərin göyərtəsində partlayıcı maddələr, radioaktiv materiallar və ya hərbi texnika kimi müəyyən növ yüklərin olmadığı göstərilməlidir.
Türkiyənin Nəqliyyat Nazirliyi hələlik bu vəziyyətə münasibət bildirməyib.
Xuraman Etibarlı
İnterpress.az