Ukrayna de-fakto Rusiyanın nəzarəti altında olan bəzi əraziləri tərk etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bunu “La Repubblica”ya Ukrayna prezident aparatının rəhbərinin müşaviri Podolyak deyib.
Ukrayna hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmağa və bir sıra əraziləri de-fakto Rusiyanın nəzarəti altında tanımağa razı ola bilər.
O qeyd edib ki, Kiyev gələcəkdə diplomatik və iqtisadi vasitələrlə bu əraziləri qaytarmağa çalışacaq.
Podolyakın sözlərinə görə, İtaliyanın NATO-nun 5-ci maddəsi əsasında təklif etdiyi təhlükəsizlik təminatları yetərli deyil.
“Ukraynanın müəyyən ittifaqı olmalıdır, ola bilsin ki, NATO yox, alyans olsun”, – o əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az