Qazaxıstanın Aİ və NATO yanında missiyasının rəhbəri etimadnaməsini Alyansın baş katibinə təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Qazaxıstanın Aİ və NATO yanında missiyasının rəhbəri Vasilenko etimadnaməsini Alyansın baş katibi Rutteyə təqdim edib.
Görüş zamanı tərəflər Qazaxıstan və NATO arasında əməkdaşlıq, eləcə də beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.
Vasilenko qeyd edib ki, bu əməkdaşlığın əsas məqsədi Qazaxıstan Silahlı Qüvvələrinin sülhməramlı birləşmələrini BMT-nin himayəsi altında sülhməramlı missiyaların tərkibində yerləşdirilməyə hazırlamaqdır.
Vasilenko bu vəzifəyə iyulun əvvəlində təyin edilib. O, eyni zamanda Qazaxıstanın Belçikadakı səfiridir.
Xuraman Etibarlı
İnterpress.az