Tramp Putin və Zelenski arasında görüşün təşkili ilə bağlı fikrini dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrin yazdığına görə, Tramp qərar verib ki, Moskva və Kiyev üzbəüz danışıqları özləri təşkil etsinlər.
İndi o, danışıqlarda fəal rol oynamaq istəmir və “gözlə görən” mövqe tutmaq qərarına gəlib.
Tramp həmçinin sosial şəbəkəsində Baydeni Ukraynaya “yalnız özünü müdafiə etməyə” icazə verdiyinə görə tənqid edib və bildirib ki, “maraqlı zamanlar qarşıdadır!!!”.
Xuraman Etibarlı
İnterpress.az