Qəzzada müharibə tezliklə bitəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Sky News-a müsahibəsində bildirib.
Netanyahu deyib ki, HƏMAS son anda razılaşmaya razı olsa belə, İsrail ordusu Qəzza zolağına nəzarəti ələ keçirəcək.
O vurğulayıb ki, onun məqsədi “Qəzzanı işğal etmək deyil, ona və İsrailə fərqli gələcək verməkdir”.
“Biz yeddi cəbhədə, o cümlədən İran və onun peyklərinə qarşı müharibənin sonuna yaxınlaşırıq”, – İsrailin baş naziri qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az