Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Küləyin maksimal sürəti 23 m/s-dək güclənir.
Qeyd edilib ki, Dənizdə dalğanın hündürlüyü 4.4 metrdir.
Bildiirlib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti avqustun 22-si günün ikinci yarısından zəifləyəcək.