Putinin Ukraynadan TƏLƏBLƏRİ: Donbasdan və NATO-ya üzvlükdən İMTİNAbackend

Putinin Ukraynadan TƏLƏBLƏRİ: Donbasdan və NATO-ya üzvlükdən İMTİNA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Ukraynadan Donbasdan imtina və NATO-ya üzvlükdən geri çəkilməyi tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Reuters-ə Kremlin planları ilə tanış olan üç mənbə məlumat verib.

Alyaskada keçirilən danışıqlarda Rusiya prezidenti Vladimir Putin Ukraynadan Donbasdan tam imtina etməyi, NATO-ya üzvlükdən vaz keçməyi və Qərb sülhməramlı qüvvələrinin ölkəyə yerləşdirilməməsini tələb edib.

Mənbələrin iddiasına görə, Moskva Kiyevdən Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını əsas şərt kimi irəli sürüb.

Bununla yanaşı, Ukraynanın NATO-ya üzv olmaq niyyətindən əl çəkməsi və Qərb qoşunlarının ölkə ərazisində yerləşdirilməsinə imkan verməməsi tələb olunur.

“Reuters” yazır ki, Kiyev və Vaşinqton bu məlumatla bağlı hələ rəsmi açıqlama verməyib.

Xuraman Etibarlı

İnterpress.az