Politoloq Markov adının “xarici agentlər” siyahısına salınmasına MÜNASİBƏT BİLDİRDİbackend

Politoloq Markov adının “xarici agentlər” siyahısına salınmasına MÜNASİBƏT BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı politoloq Markov onun “xarici agent” kimi qeydiyyata alınması barədə yayılan məlumatlara münasibət bildirib.

İnterpress.az xəbər verir ki, o, bunu böhtan adlandıraraq bu barədə heç bir rəsmi məlumatının olmadığını deyib.

“Əvvəla, mən xarici agent deyiləm, ikincisi, heç bir əlaqəm olmayıb. Ola bilsin, səhv ediblər. Mənə bu barədə heç nə məlum deyil”, – Markov bildirib.

O, məsələ ilə bağlı hökumətdən izahat gözlədiyini də əlavə edib.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Xuraman Etibarlı

İnterpress.az