Rusiyada ali təhsili olmayan tibb işçiləri xəstələri MÜALİCƏ EDƏCƏKbackend

Rusiyada ali təhsili olmayan tibb işçiləri xəstələri MÜALİCƏ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ali təhsili olmayan tibb işçiləri xəstələri müalicə edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 1 sentyabrdan etibarən Rusiyada həkim çatışmazlığı səbəbindən feldşerlər və mamaçalar pasiyentlərin müalicəsinə cəlb olunacaq.

Yeni qaydalara əsasən, belə mütəxəssislər terapevt, pediatr və ginekoloq həkimlərin vəzifələrini icra edə biləcəklər.

Onlara xəstələri müayinə etmək, anamnez toplamaq, tibbi yoxlamalar aparmaq və dərman təyin etmək səlahiyyəti veriləcək.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə 23 mindən çox ixtisaslı həkimə, eləcə də 63 min tibb bacısı və feldşerə ciddi ehtiyac var.

Xuraman Etibarlı

İnterpress.az