Dağıstanda qız təsadüfən rəfiqəsini güllə ilə yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb.
Xasavyurt şəhərində yerləşən “Burka” adlı kafedə 22 yaşlı qızlardan biri təsadüfən rəfiqəsini travmatik tapança ilə güllələyib.
Hadisə gündüz saatlarında baş verib. Gənc qızın əlindəki Grand Power T12 FM2 markalı silahdan açılan atəş nəticəsində digər qız başından xəsarət alıb.
Yaralı təcili olaraq yerli xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az