İsrail ordusu İordan çayının Qərb sahilində üç nəfəri həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Son sutka ərzində İsrailin təhlükəsizlik qüvvələri İordan çayının Qərb sahilində terror təşkilatlarını dəstəkləməkdə şübhəli bilinən iki kişi və bir qadını saxlayıb.
Məlumata görə, saxlanılan şəxslərdən kişilər sosial şəbəkələrdə HƏMAS və İŞİD-i tərənnüm edən paylaşımlar ediblər.
Qadın isə dövlət əleyhinə çağırışlar və terror aktlarına təşviq xarakterli yazılar yayıb.
Xuraman Etibarlı
İnterpress.az