Anadır dəniz limanında gəmidə yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Anadır dəniz limanında “Onemen” tankerində baş vermiş yanğın nəticəsində iki nəfər xəsarət alıb.
Gəmi benzin daşıyırmış. İlk məlumata görə, yaralananlar arasında kapitan və təcrübəçi var, onlardan biri ağır vəziyyətdədir.
Yanğının səbəbləri hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az