Bank borcu xatırlatdığı üçün cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sverdlovsk vilayətində yerləşən bir bank, yerli sakinə borcunu qaytarmağı xatırlatdığı üçün 100 min rubl (təxm. 2 105 man.) məbləğində cərimə olunub.
Degtyarsk şəhərinin sakini məhkəməyə müraciət edərək, kredit borcunun qaytarılması ilə bağlı bankın qanunu pozduğunu bildirib.
Araşdırmalar zamanı məlum olub ki, banka borcun qaytarılmasını tələb edən mesaj və zəngləri qanun tələblərini pozaraq göndərib.
Kişinin mobil telefonuna yalnız iki ay ərzində 170-dən çox zəng və SMS göndərilib, bu da bankın inzibati məsuliyyətə cəlb olunmasına səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az