Pis qoxuya görə işdən çıxarıla bilərsiniz – XƏBƏRDARLIQbackend

Pis qoxuya görə işdən çıxarıla bilərsiniz – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya şirkətlərində “pis qoxu”ya görə işdən çıxarmaq mümkün olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya şirkətlərində əməkdaşların şəxsi gigiyena qaydalarına əməl etməməsi işdən çıxarılma səbəbi ola bilər.

Hüquqşünasların xəbərdarlığına görə, əgər əməkdaş davamlı olaraq yuyunmursa, pis qoxu yayır və rəhbərliyin şəxsi gigiyena tələblərinə əməl etməsini xahiş etməsinə baxmayaraq bunu görməzlikdən gəlirsə, işdən azad edilə bilər.

Qeyd olunur ki, bu tələblər şirkətin daxili qaydalarında və ya əmək müqaviləsində açıq şəkildə göstərilməlidir.

Əks halda, əməkdaşın pis qoxusu qarşısında heç bir hüquqi tədbir görülə bilməz və digər işçilər bunu qəbul etmək məcburiyyətində qalır.

Xuraman Etibarlı

İnterpress.az