Polşa prezidenti ukraynalılara yardım qanununa veto qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Polşa prezidenti Karol Navrotski “800+” sosial proqramı və səhiyyə xidmətlərinə yalnız rəsmi işləyən ukraynalıların çıxışını təmin edən qanun layihəsinə veto qoyub.
Prezident bildirib ki, bu, sosial ədalət məsələsidir və polşalılar ukraynalılarla eyni hüquqlara malik olmalıdır. O, həmçinin öz versiyasını təqdim edərək parlamenti sənədi iki həftə ərzində təkmilləşdirməyə çağırıb.
Qeyd edək ki, “800+” Polşada sosial təşəbbüsdür və ailənin gəlirindən asılı olmayaraq hər uşaq üçün ayda 800 zloti ödənişi təmin edir.
Xuraman Etibarlı
İnterpress.az