Polşa Ukrayna üçün Starlink xərclərini ödəməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsal texnologiyalar naziri və baş nazirin müavini Yanuş Qavkovski açıqlama verib.
Polşa prezidenti Karol Navrotskinin ukraynalı qaçqınlara yardımla bağlı qanuna veto qoyması Ukraynanın Starlink rabitə dəstəyini təhlükə altına salıb.
Onun sözlərinə görə, prezidentin qərarı Ukrayna hökumətinin məlumatlarının qorunan serverlərdə saxlanmasına da mənfi təsir göstərəcək.
Nazir vurğulayıb ki, veto ukraynalıların müstəqillik uğrunda mübarizəsinə zərbə vurur və nəticədə Rusiyanın maraqlarına xidmət edir.
Xuraman Etibarlı
İnterpress.az