Orban: Zelenskinin hədələri nəticəsiz qalmayacaqbackend

Orban: Zelenskinin hədələri nəticəsiz qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenskinin Macarıstana qarşı “hədələrinin” nəticələri olacaq.

Interpress.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskini Macarıstana qarşı açıq təhdidlərdə ittiham edib.

“Prezident Zelenski açıq şəkildə Macarıstana hədə-qorxu gəldi. O, etiraf etdi ki, ‘Drujba’ boru kəmərinə zərbələr endirirlər, çünki biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmirik. Bu, macarların düzgün qərar verdiyini göstərir”, – Orban bildirib.

O bildirib ki, Zelenskinin “Drujba” boru kəməri ilə bağlı açıqlamaları nəticəsiz qalmayacaq və Aİ-yə “şantaj və hədələrlə daxil olmaq mümkün deyil”.

Xuraman Etibarlı

Interpress.az