Türkiyənin bütün 81 vilayətində sığınacaqlar tikilir.
Interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Türkiyənin TOKİ qurumu bütün 81 vilayətdə sığınacaqların inşasına başlayıb.
Məqsəd əhalinin təhlükəsizliyini təmin etməkdir.
Sığınacaqlar Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən tikiləcək.
Xuraman Etibarlı
Interpress.az