Özbəkistan Mərkəzi Asiyanın tranzit qovşağına çevrilməyi hədəfləyir.
Interpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.
Özbəkistan nəqliyyat sektorunda geniş islahatlar aparır və Mərkəzi Asiyanın əsas tranzit mərkəzinə çevrilməyi planlaşdırır.
Asian Transport Outlook və Asiya İnkişaf Bankının birgə təhlilində bildirilir ki, Daşkənd dəmir yollarının elektrikləşdirilməsinə, avtomobil infrastrukturunun modernləşdirilməsinə və yanacaq mənbələrinin şaxələndirilməsinə üstünlük verir.
Mütəxəssislərin fikrincə, bu addımlar şəbəkəni genişləndirməklə yanaşı, onun səmərəli, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı olmasına da xidmət edir.
Xuraman Etibarlı
Interpress.az