Rusiyalı tennisçi US Open-də məğlubiyyətdən sonra raketkasını sındırıb.
Interpress.az xəbər verir ki, hadisə ABŞ Açıq çempionatında baş verib. Daniil Medvedev rəqibi fransalı Benjamen Bonziyə 2:3 hesabı ilə uduzub.
Rusiyalı tennisçi Daniil Medvedev ABŞ Açıq Çempionatında (US Open) məğlub olduqdan sonra əsəbi şəkildə raketkasını yerə çırparaq sındırıb.
O, hətta hakimi də təhqir edib.
Xuraman Etibarlı
İnterpress.az