İran partiyasının lideri “Ənsar Allah” ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Interpress.az xəbər verir ki, İranın İslam Koalisiya Partiyasının (İKP) baş katibi Əmani, partiyasının Yəmənin husilərə məxsus “Ənsar Allah” təşkilatı ilə qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalamağa tam hazır olduğunu açıqlayıb.
O, Tehranda Yəmən səfiri ilə görüşdə bildirib ki, bu saziş tərəflər arasında strateji əməkdaşlığın güclənməsi üçün əsas ola bilər.
Qeyd edək ki, İslam Koalisiya Partiyası İranda ən qədim mühafizəkar-islamçı siyasi qurumlardan biridir və partiyanın mənəvi lideri kimi İslam Respublikasının qurucusu Xomeyni qəbul olunur.
Xuraman Etibarlı
Interpress.az