Əl-Şaraa: “İbrahim Anlaşmalarının Suriya ilə təkrarlanması mümkün deyil”backend

Əl-Şaraa: “İbrahim Anlaşmalarının Suriya ilə təkrarlanması mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbrahim Anlaşmalarının Suriya ilə təkrarlanması mümkün deyil.

Interpress.az xəbər verir ki, Suriya prezidenti Əl-Şaraa ölkəsinin İbrahim Anlaşmalarına qoşulma ehtimalını istisna edib.

O bildirib ki, həmin sazişlər İsraillə mübahisəsi və sərhəd qonşuluğu olmayan ölkələr arasında imzalanıb:

“Suriyanın vəziyyəti fərqlidir. Bizim işğal altında olan Qolan təpələrimiz var”.

Dövlət başçısı həmçinin qeyd edib ki, Suriyanın parçalanmasına yönələn istənilən cəhd uğursuzluğa məhkumdur.

Onun sözlərinə görə, hazırda prioritet 1974-cü il ayrılma sazişinə qayıdışdır.

Əl-Şaraa əlavə edib ki, İsraillə mümkün təhlükəsizlik sazişinin imzalanması yalnız onun məzmunundan asılı olacaq:

“Əgər atacağımız addım ölkənin maraqlarına cavab verəcək və sabitliyə xidmət edəcəksə, bunu ictimaiyyətə açıqlayacağıq”.

Xuraman Etibarlı

Interpress.az