Əfqanıstanda dəhşətli qəza baş verib: 25 nəfər ölüb, 27 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxt Kabildə sərnişin avtobusu aşıb. Avtobus ölkənin cənub vilayətlərindən gəlirmiş.
Hadisə nəticəsində azı 25 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.
İlkin məlumatlara görə, qəzanın baş verməsinə sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub.
Qeyd edək ki, təxminən bir həftə əvvəl Qərbi Herat vilayətində baş verən oxşar qəza 80 nəfərin həyatına son qoymuşdu.
Xuraman Etibarlı
İnterpress.az