Kanada qoşunlarını 2029-cu ilə qədər Latviyada SAXLAYACAQbackend

Kanada qoşunlarını 2029-cu ilə qədər Latviyada SAXLAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada əsgərlərinin Latviyada qalma müddəti 2029-cu ilə qədər uzadılib.

İnterpress.az xəbər verir ki, bu barədə Kanada baş naziri Mark Karni məlumat verib.

O, ölkəsinin Reassurance əməliyyatı çərçivəsində 2026-cı ilə qədər Latviyada 2 200 nəfərlik hərbi kontingent yerləşdirəcəyini açıqlayıb.

Kanada qoşunları 2017-ci ildən etibarən Baltikyanı ölkələrin şərq qanadının müdafiəsini gücləndirmək və Rusiyanın mümkün təcavüzünü qarşısını almaq məqsədilə Latviyada xidmət göstərir.

Hazırkı mandat mart 2026-cı ildə başa çatmalıdır.

Xuraman Etibarlı

İnterpress.az