Çin lideri orduda ən böyük general təmizləməsi HƏYATA KEÇİRİRbackend

Çin lideri orduda ən böyük general təmizləməsi HƏYATA KEÇİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin lideri Si Cinpin Mao Zedun dövründən bəri orduda ən böyük generallar təmizləməsini həyata keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Çin lideri Si Cinpin bu ilin aprelinə qədər xalq azadlıq ordusunun ikinci ən yüksək rütbəli generali He Veydunu korrupsiya ittihamı ilə vəzifədən azad edib.

Məlumata görə, Si Cinpin şəxsi təyinat etdiyi generalların təxminən beşdə birini vəzifədən kənarlaşdırıb ki, bu, onun əvvəlki sələfləri tərəfindən heç vaxt edilməyib.

TV materialları, parlament bülletenləri və digər açıq mənbələrin təhlili belə bir nəticəyə gətirib çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az