MAGA tərəfdarları Trampın çinli tələbələrlə bağlı bəyanatını tənqid edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, “Make America Great Again” hərəkatının üzvləri Trampın ABŞ universitetlərinə 600 min Çinli tələbənin qəbulunu icazə verməsi ilə bağlı açıqlamasına etiraz edirlər.
Axios-un məlumatına görə, Trampın seçiciləri ənənəvi olaraq Pekin təsirindən ehtiyat edir, iş bazarında xarici rəqabətə qarşıdır və ali təhsildə “oyanmış” ideologiyaya mənfi baxır.
Hərəkat nümayəndələrinin fikrincə, çinli tələbələrin kütləvi axını birbaşa təhlükə yaradacaq. Bəzi çağırışlar tələbələrin diplom alan kimi ölkəni tərk etməsini tələb edir.
Kritikaya cavab olaraq ABŞ maliyyə naziri bildirib ki, əgər xarici tələbələr olmasa, universitetlərin və kolleclərin “aşağı 15%-i” iflas edəcək.
Eyni zamanda nəşr vurğulayır ki, Tramp hələ də MAGA tərəfdarları arasında yüksək dəstək səviyyəsini qoruyur. Lakin vəziyyət seçicilərinin Çin, iş yerləri və universitetlər məsələlərində sərt siyasətdən sapmalara nə qədər həssas olduğunu göstərir.
Xuraman Etibarlı
İnterpress.az