Özbəkistan və Yaponiya arasında ilk strategiya dialoqu baş tutdu
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb. Daşkənddə Özbəkistan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında ilk strateji dialoq keçirilib.
Yaponiya Xarici İşlər Naziri Takesi Daşkəndə rəsmi səfər edib və Özbəkistanın xarici işlər naziri Saidovla görüşüb.
Görüş çərçivəsində kimya sənayesi və energetika sahəsində böyük layihələrin həyata keçirilməsi müzakirə olunub.
Həmçinin informasiya texnologiyaları, nəqliyyat, mədənçilik və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd edilib.
Görüşün nəticəsi olaraq Özbəkistan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında strateji dialoqun həyata keçirilməsi barədə Birgə Kommunike imzalanıb.
Sənəd siyasətdən və iqtisadi əməkdaşlıqdan tutmuş təhsil və humanitar mübadilələrə qədər çoxşaxəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.
Xuraman Etibarlı
İnterpress.az